azturkxeber.az
http://azturkxeber.az

Nazir: “Məşğulluğa Dəstək Layihəsi” özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olur

03-07-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb. O, nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olduğunu bildirib.

Həssas qrupların kiçik biznesə çıxış imkanlarına yiyələnmələrində xüsusi önəm kəsb edən bu layihənin uğurlu icrası işlərindən bəhs edilib. Əlilliyin qiymətləndirilməsi sisteminin, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətlərində həyata keçirilmiş əməkdaşlığın önəmi vurğulanıb.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri qeyd edilib. Sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinə, icra olunan aktiv məşğulluq proqramlarına, icbari tibbi sığorta sistemində aparılan islahatlara dair məlumat verilib.

Roland Prays ötən dövrdə görülmüş birgə işlərlə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası ilə bağlı müsbət fikirlərini bölüşüb.

Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031