Tiktoker Arzum 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib

Tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Azturkxeber.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə müdafiə tərəfinin vəkilləri çıxış edib, daha sonra təqsirləndirilən şəxs son sözünü deyib.
Arzum isə son söz deyib: “İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? 6 aydır səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram, ədalətli hökm çıxarılacağına ümid edirəm”.
Məhkəmənin hökmü ilə İlduzə Hacıyeva ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinib.
Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan sonra İlduzə Hacıyeva məhkəmə zalında həbs edilib.
Məhkəmə qərarında qeyd olunub ki, hökm çıxarılarkən törədilmiş cinayətin ağır nəticələri, həmçinin zərərçəkmiş tərəflə barışığın əldə olunmaması cəzanın yüngülləşdirilməsinə əsas verən halların tətbiqinə mane olan amillər kimi nəzərə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: