azturkxeber.az
http://azturkxeber.az

TBMM sədri Numan Kurtulmuş İSİPAB-ın 20-ci Konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək

22-06-2026

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 23-24 iyun 2026-cı il tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə təşkil olunacaq konfrans çərçivəsində Numan Kurtulmuşun bir sıra mühüm mövzular üzrə çıxış edəcəyi gözlənilir.

Səfər proqramına uyğun olaraq, TBMM sədri konfransda iştirak edən ölkələrin parlament rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. Görüşlər zamanı regional və beynəlxalq gündəlikdə yer alan məsələlər, həmçinin parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930