Su Təchizatının Sabitləşdirilməsi üzrə Tənzimləmə İşləri Yekunlaşmaq Üzrədir – Müvəqqəti su verilişi qrafiki

Su anbarlarına qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə həyata keçirilən texniki-tənzimləmə işləri davam etdirilir. Görülən tədbirlər çərçivəsində su təchizatının həcmi müvəqqəti olaraq azaldılıb.
Azturkxeber.az xəbər verir ki, nəticədə Bakı şəhərinin bəzi rayonlarında suyun verilmə saatlarında 2–3 saatlıq məhdudiyyətlər tətbiq olunur. Hazırda tənzimləmə işləri son mərhələdədir və mütəxəssislərin iştirakı ilə yaxın 2 gün ərzində su təchizatının tam stabilləşdirilməsi və normal rejimin bərpası nəzərdə tutulur.
Hazırda qüvvədə olan müvəqqəti su verilişi qrafiki aşağıdakı kimidir:
* Xətai rayonunun bəzi əraziləri – 06:00–10:00, 18:00–22:00
* Nizami rayonunun bəzi əraziləri – 06:00–10:00, 18:00–22:00
* Suraxanı rayonunun bəzi əraziləri – 06:00–17:00, 06:00–19:00, 22:00–01:00
* Binəqədi rayonunun bəzi əraziləri – 06:00–20:00
* Nərimanov rayonunun bəzi əraziləri – 06:00–20:00
* Yasamal rayonunun bəzi əraziləri – 06:00–10:00, 06:00–22:00, 18:00–22:00
* Sabunçu rayonunun bəzi əraziləri – 08:00–12:00, 22:00–02:00
* Xəzər rayonunun bəzi əraziləri – 00:00–12:00
* Pirallahı rayonunun bəzi əraziləri – 08:00–17:00
* Nəsimi rayonunun bəzi əraziləri – 06:00–10:00, 18:00–21:00
Qeyd edirik ki, bəzi ünvanlarda, xüsusilə çoxmərtəbəli binaların yuxarı mərtəbələrində suyun çatdırılmasında müvəqqəti çətinliklər yarana bilər. Belə ərazilərdə abonentlərin su təminatının dəstəklənməsi məqsədilə sukanal idarələri tərəfindən su maşınları vasitəsilə xidmət göstərilir.
Bir daha bildiririk ki, tənzimləmə işləri operativ və fasiləsiz qaydada davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: