NİİM-dən piyadalara və sürücülərə vacib təhlükəsizlik çağırışı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin piyadalara müraciəti
Əziz piyadalar!
Bu hadisələr piyada keçidlərini əhəmiyyətsiz bilib yolun hərəkət hissəsindən keçməyin həyat üçün nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Belə hadisələrin baş verməməsi, gedəcəyiniz ünvana rahat və təhlükəsiz şəkildə çatmaq üçün keçidlərdən istifadə etməlisiniz.
Sürücülərə isə müraciət edərək bildiririk ki, diqqətiniz yolda və sürət həddində olsun. Belə olduqda, xüsusilə də çoxzolaqlı yollarda qaydalara əməl etməyib yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları gördüyünüz anda, qəzaların baş verməməsi üçün vaxtında təhlükəsizlik tədbirləri görə biləcəksiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: