azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

22-06-2026

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunaraq, təşkilatın Bakının evsahibliyi ilə keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930