azturkxeber.az
http://azturkxeber.az

Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb

22-06-2026

Yeniyetmə badmintonçumuz Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb.

Azturkxeber.az xəbər verir ki, Leyla Camalzadə qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15). 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Leyla 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19).

Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Leyla finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930