azturkxeber.az
http://azturkxeber.az

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

22-06-2026

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Azturkxeber.az xəbər verir ki, İordaniya Nümayəndələr Palatası spikerinin başçılıq etdiyi parlament nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, Vətən müharibəsində həlak olanların xatirəsini ehtiramla anıb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Ziyarət zamanı Mazen Torki Saud Əl-Qadini Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər müşayiət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930