DİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, iyunun 20-21-də ölkə ərazisində qeydə alınmış 79 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Azturkxeber.az xəbər verir ki, hesabat dövründə axtarışda olan ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 34 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 9 fakt müəyyən olunub.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: