azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Qırğızıstan nümayəndələri əməliyyatların planlaşdırılmasını müzakirə ediblər

22-06-2026

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib.

Azturkxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.

​Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, görüşdə müvafiq istiqamət üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930