Avarçəkənlərimiz Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər



26–28 iyun tarixlərində Litvanın Trakay şəhərində akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatası keçiriləcək. Ölkəmizi reqatada beş idmançı- Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər. Komandamız yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.
Azturkxeber.az xəbər verir ki, qeyd edək ki, “Amber Oars” beynəlxalq reqatası avarçəkmə idman növü üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: