azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

21-06-2026

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.

Azturkxeber.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq Dünya kubokunun qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1 qızıl və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata yiyələnmişdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930