azturkxeber.az
http://azturkxeber.az

Nizami rayonunda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirilib

19-06-2026

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadaların iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, tədbirlər əsasən Qara Qarayev prospektində təşkil olunub. Yol polisi əməkdaşları piyada keçidi və yeraltı keçid olduğu halda hərəkət hissəsini keçərək öz həyatlarını təhlükəyə atan vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Həmçinin rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyinin təmin olunması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və yol hərəkəti qaydalarının təbliği diqqət mərkəzində saxlanılıb.

Maarifləndirmə tədbirləri rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə də davam etdirilib. Görüşlər zamanı iştirakçılara yolu keçərkən diqqətli olmaları, həyatlarını riskə atmamaq üçün yalnız piyada keçidlərindən istifadə etmələrinin vacibliyi izah olunub.

Tədbir iştirakçılarına günün qaranlıq saatlarında xüsusi işıqqaytarıcı geyimlərdən istifadə etmələri tövsiyə edilib.

https://www.youtube.com/watch?v=8Fsy_IRGRoM






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930