Mərkəzi Bank tərəfindən “Cibpay” MMC və “Multi Solutions” MMC-yə elektron pul təşkilatı lisenziyaları verilib

18 iyun 2026-cı il, Bakı — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarına əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Cibpay” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyaları ləğv edilmiş, həmin hüquqi şəxslərə elektron pul təşkilatı fəaliyyəti göstərmək hüququ verən lisenziyalar təqdim edilmişdir.
Azturkxeber.az-ın məlumatına görə, bu qərarla hər iki təşkilat elektron pul emissiyası və elektron pul xidmətlərinin göstərilməsi üzrə fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirə biləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: