azturkxeber.az
http://azturkxeber.az

Honq Konqda möhtəşəm qələbə

19-06-2026

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Azturkxeber.az xəbər verir ki, Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930