azturkxeber.az
http://azturkxeber.az

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12-06-2026

Azərbaycan Turizm Bürosu tərəfindən Pakistanın 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tanışlıq səfərinin məqsədi iştirakçıları Azərbaycanın turizm potensialı, əsas turizm məhsulları və qonaqpərvərlik imkanları ilə yaxından tanış etmək olub. Səfər zamanı iştirakçılar Bakı, Şabran, Quba və Qusar rayonlarını ziyarət edərək ölkənin zəngin mədəni irsi, təbii turizm resursları və istirahət imkanları barədə məlumat əldə ediblər.

Proqram çərçivəsində iyunun 12-də B2B formatında şəbəkələşmə tədbiri təşkil olunub. Tədbirdə Pakistanı təmsil edən turizm şirkətlərinin nümayəndələri ilə Azərbaycanın turizm sənayesinin 50-yə yaxın şirkəti arasında görüşlər keçirilib.

Qeyd edək ki, 2025-ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə 13 faiz artaraq 91 043 nəfər təşkil edib. Hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Bakı ilə Lahor və İslamabad şəhərləri arasında, eləcə də “Pakistan International Airlines” (PIA) və “Airblue” aviaşirkətləri tərəfindən Lahor-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930