azturkxeber.az
http://azturkxeber.az

WUF13: Azərbaycanın müasir şəhərsalma uğurları beynəlxalq diqqətdə

19-05-2026

"Ümumdünya Şəhərsalma Forumunda (WUF13) 182 ölkə təmsil olunur və iştirakçıların sayı rekord həddə çatıb".

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov öz "Facebook" hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, bu həm şəhərsalma mövzusunun nə qədər mühüm olduğunu, həm də ev Azərbaycanın geniş beynəlxalq əlaqələrə malik olduğunu nümayiş etdirir.

Eyni zamanda bu forum Azərbaycan üçün şəhərsalma sahəsində görülən işlər, gələcək planlar barədə beynəlxalq ictimaiyyətə məlumat vermək və digər ölkələrin təcrübəsindən yararlanmaq baxımından gözəl imkandır.

Cənab Prezident İlham Əliyevin WUF13-də çıxışında vurğuladığı kimi, Azərbaycan qədim tarixi irsini qorumaqla yanaşı, ən müasir şəhərsalma standartlarını uğurla tətbiq edir.

​Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sıfırdan həyata keçirilən irimiqyaslı yenidənqurma işləri, eləcə də paytaxtımızda çirklililiyə görə qara şəhər adlandırılan ərazidə yaradılan “Ağ şəhər” layihəsi dünyaya unikal bir bərpa modeli təqdim edir.

Şəhərsalmanın digər innovativ və cəsarətli təzahürü də “Sea Breeze” istirahət məkanıdır.

​Azərbaycan dövləti inkişafda və müasirləşmədə cəsarətli, tarixi mirasımızın qorunmasında isə son dərəcə ehtiyatlı davranaraq gələcəyimizi uğurla inşa edir deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031