Şuşada nəqliyyat infrastrukturu genişlənir: Kanat yolu layihəsi hazırlanır

Azərbaycan Respublikası Prezidentinin Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı Şuşada həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.
Azturkxeber.az xəbər verir ki, o bildirib ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda hər iki istiqamət üzrə ümumi uzunluğu 12,7 kilometr olan 7 yol tuneli inşa edilib.
Aydın Kərimov qeyd edib ki, Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində — “Torpaq Meydanı”na doğru yol çəkilib, eyni zamanda ərazidə yeraltı kommunikasiya xətləri qurulub.
Bundan əlavə, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə məsafənin azaldığı vurğulanıb.
Şəhərdaxili nəqliyyat sisteminə də toxunan xüsusi nümayəndə bildirib ki, hazırda bir marşrut üzrə 4 elektrik avtobusu fəaliyyət göstərir və şəhərdə tam elektrikli avtobus nəqliyyatı sistemi tətbiq olunur.
O əlavə edib ki, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi üzərində də iş aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: