Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılacaq

Milli Məclisin sədr müavini Rafael Hüseynov mayın 20-də Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcək.
Azturkxeber.az xəbər verir ki,səfər çərçivəsində vitse-spiker Nova Qoritsa şəhərində təşkil olunacaq Mehdi Hüseynzadənin xatirəsinə, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı döyüşçülərə və faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının töhfəsinə həsr olunmuş anım tədbirində iştirak edəcək.
Səfər mayın 21-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: