azturkxeber.az
http://azturkxeber.az

Parlamentdə Latviya nümayəndə heyəti ilə görüş keçirilib

19-05-2026



Mayın 19-da Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Latviya Parlamentinin Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs ilə görüşüblər.

Azturkxeber.az xəbər verir ki, Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13 forumunun əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin qlobal çağırışların müzakirəsi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi rol oynayır. O, Milli Məclisinin sədri Sahibə Qafarovanın Latviyaya səfərini xatırladaraq, bu kimi qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərin dərinləşməsinə, təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Öz növbəsində, Oleq Burovs Azərbaycanın təşkilatçılığı ilə keçirilən forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin beynəlxalq əməkdaşlığın təşviqi və aktual urbanizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib, ötən ay Latviya Prezidentinin Azərbaycana səfərini, yüksək səviyyəli görüşləri məmnunluqla xatırladıb.

Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Allahverənov və Sevil Mikayılova çıxış ediblər. Çıxışlarda Azərbaycan–Latviya münasibətlərinin diplomatik, siyasi, iqtisadi və humanitar aspektlərdə inkişaf perspektivlərindən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfədən bəhs olunub.

Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031