Mərkəzi Bank kapital bazarlarının inkişaf prioritetlərini müzakirə edib




Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB) , Milli Depozit Mərkəzi (MDM) və ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.
Azturkxeber.az-ın məlumatına görə, Görüşdə 2026-cı ilin birinci rübü üzrə kapital bazarlarının inkişaf dinamikası, investisiya şirkətlərinin fəaliyyət nəticələri, eləcə də sektorda müşahidə olunan əsas tendensiyalar və perspektivlər müzakirə edilib. Bununla yanaşı, “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarlarının strateji prioritetləri istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşıdakı dövr üzrə kapital bazarlarının inkişafına dair əsas hədəflər, real sektor iştirakçılarının bazarda fəallığının artırılması, sektorun rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi və maliyyə savadlılığının artırılmasına yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: