azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə hallar nazirinin müavini WUF13 çərçivəsində keçirilmiş tədbirdə iştirak edib

19-05-2026

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbir iqlimə dayanıqlı şəhərlər üçün erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin nümayiş etdirilməsi, təbiətə əsaslanan yanaşmaların və ekosistem yönümlü uyğunlaşmanın iqlim risklərinin azaldılmasındakı roluna dair müzakirələrin aparılması məqsədilə təşkil olunub.

Tədbirdə aidiyyəti yerli qurumların rəhbər vəzifəli şəxsləri və xarici nümayəndələr iştirak edib.

Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov tədbirdə çıxış edib.

Nazir müavini qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə tədbirlərinin Azərbaycanda əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirildiyini bildirib. Bu baxımdan erkən xəbərdarlıq xüsusilə iqlimə dayanıqlı və təhlükəsiz şəhərlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması ilə bağlı təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

Nazir müavini qeyd edib ki, tikinti fəaliyyətinin hər bir mərhələsində, o cümlədən layihələndirmə zamanı tikinti işlərinin ətraf mühitə və ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri daim izlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031