azturkxeber.az
http://azturkxeber.az

Bakı–Tbilisi qatar reyslərinin hərəkət cədvəli açıqlanıb

19-05-2026

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının hər gün hərəkəti planlaşdırılır.

Azturkxeber.az-a verilən məlumata görə, razılaşmaya əsasən, qatar Bakıdan hər gün saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da hərəkətə başlayacaq və ertəsi gün saat 06:24-də Bakıya çatacaq.

Marşrut üzrə qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq. Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında sərnişinlərin minib-düşməsi nəzərdə tutulur.

Qeyd olunub ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031