“Azərpoçt” WUF13-ə həsr olunmuş xüsusi poçt markasını dövriyyəyə buraxıb



“Azərpoçt” MMC 17–22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tədbirə həsr olunmuş xüsusi poçt markasını dövriyyəyə buraxıb.
Azturkxeber.az xəbər verir ki,xüsusilə qeyd edilməlidir ki, markanın əsas özəlliyi onun təkrar emal olunmuş kağız üzərində çap edilməsidir. Blokun kənarında yerləşdirilən “recycle paper” nişanı da bu ekoloji yanaşmanı əks etdirir. Poçt markası Belçika Poçtu tərəfindən 4000 tirajla, blok şəklində çap olunub.
Bu buraxılış “Azərpoçt”un filateliya sahəsində beynəlxalq tədbirlərə xüsusi yanaşmasını, eləcə də dayanıqlılıq və ekoloji məsuliyyət prinsiplərinə verdiyi önəmi bir daha nümayiş etdirir. Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 tədbirinə həsr edilmiş poçt markasını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxıb.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycan Respublikası Hökuməti və BMT-nin Məskunlaşma Proqramı — UN-Habitat əməkdaşlığı çərçivəsində keçirilir. Tədbir dayanıqlı şəhər inkişafı, təhlükəsiz yaşayış mühiti və gələcəyin davamlı icmaları ilə bağlı qlobal müzakirələr üçün mühüm platforma hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: