azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur

19-05-2026



Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanları tanıdılır.

Azturkxeber.az-a verilən məlumata görə, ziyarətçilərə ölkəmizin mədəni turizm, qastroturizm, qış turizmi, ekoturizm, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı və “Zəfər Yolu” marşrutu boyunca turizm imkanları barədə ətraflı məlumat verilir.

Milli stenddə ziyarətçilərə virtual reallıq (VR) texnologiyası vasitəsilə Azərbaycanın müxtəlif turistik məkanlarını kəşf etmək imkanı təqdim olunur, şəbəkə ustası tərəfindən keçirilən master-klaslar çərçivəsində iştirakçılara şəbəkə sənəti tanıdılır.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın zəngin çay mədəniyyətini təqdim edən məlumat sessiyası keçirilir və milli şirniyyatlarla çay təqdim olunur.

Bundan əlavə, ziyarətçilər üçün quş müşahidəsi turizminin təşviqinə həsr olunmuş təqdimat sessiyaları təşkil olunaraq Azərbaycanın ekoloji müxtəlifliyi və milli parkları haqqında ətraflı məlumat verilir.

Tədbir müddətində Azərbaycan turizminə həsr olunan məlumatlandırıcı sessiyalar davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031