Azərbaycan və Sudan arasında diplomatik pasportlar üçün vizasız rejim haqqında saziş imzalanıb


Sudanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizadan azad edilməsi haqqında Saziş imzalanıb.
Azturkxeber.az xəbər verir ki, saziş iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və daha sıx diplomatik əməkdaşlığın təşviqi istiqamətində atılmış növbəti mühüm addımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: