Meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İmişli rayonunda regional müşavirə keçirilib.
Azturkxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Daxili İşlər, Ədliyyə nazirlikləri, Baş Prokurorluq, İmişli Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumların rəsmilərinin, fermer və sahibkarların iştirakı ilə keçirilən görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə məlumat verilib. Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların müştərək fəaliyyətinin vacibliyi, eyni zamanda bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri xüsusi qeyd edilib.
Yekun olaraq tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri, meşəlik ərazilərdə nəzarətsiz yanğın mənbələrinə şərait yaratmamaları barədə çağırış edilib.
Paylaş
icon-facebookicon-twitter
Təbii sərvətlərimiz
Milli parklarQoruqlarYasaqlıqlarFaydalı qazıntılarYerüstü su resurslarıYeraltı sularMineral sularTermal sularHeyvanat aləmiBitki aləmiPalçıq vulkanlarıTəbiət abidələri
Ekoloji siyasət
Qlobal ətraf mühit problemləriEkoloji vəziyyətEkoloji siyasətDövlət proqramlarıBeynəlxalq əməkdaşlıq
Qırmızı kitab
Kitabxana
Ekoloji təqvim
Videoçarxlar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.