azturkxeber.az
http://azturkxeber.az

Mərkəzi Bank Siyəzəndə vətəndaşlar üçün növbəti səyyar qəbul keçirib

18-05-2026

Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə 13 may tarixində Siyəzən rayonunda növbəti səyyar qəbul təşkil edilib.

Azturkxeber.az xəbər verir ki, qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə baxılaraq onlara qanunvericiliyə uyğun addımlara dair müvafiq izahatlar verilib.

Keçirilən qəbulda vətəndaşlar tərəfindən əsasən kredit istəyi, kredit öhdəlikləri üzrə güzəşt istəyi, ATM quraşdırılması, kredit tarixçəsi üzrə məlumatların düzgün yerləşdirilməməsi və s. məsələlər ilə bağlı müraciətlər səsləndirilib. Müraciətlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq icraya götürülüb.

Qeyd edək ki, vətəndaşlar səyyar qəbullarla bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031