azturkxeber.az
http://azturkxeber.az

Milli Observatoriya daha bir mühüm beynəlxalq sertifikata layiq görülüb

18-05-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya daha bir mühüm beynəlxalq sertifikata layiq görülüb: Quruma ISO 30401:2018 beynəlxalq sertifikatı təqdim olunub.

Azturkxeber.az xəbər verir ki, bu sertifikat təşkilatlarda biliklərin idarə olunması sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir. ISO 30401 beynəlxalq sertifikatın əsas məqsədi biliklərin dəyərə çevrilməsini dəstəkləməkdir.

Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahəsində araşdırmalar aparır, analitik məlumatlar toplayır, siyasətlərin hazırlanmasına dəstək verir və biliklərin paylaşılmasını təmin edir.

Standartın tətbiqi bu fəaliyyətlərin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsinə və fəaliyyətin təkmilləşməsinə töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031