azturkxeber.az
http://azturkxeber.az

Daşkənddə məhkəmə-hüquq təhsilinə həsr olunan beynəlxalq forum keçirilib

18-05-2026

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nümayəndə heyəti Daşkənd şəhərində keçirilən “Türk dövlətlərində məhkəmə-hüquq təhsili və ədalət mühakiməsi: rəqəmsal transformasiya və qabaqcıl yanaşmaların inteqrasiyası” mövzusunda beynəlxalq forumda iştirak edib.

Azturkxeber.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılovun rəhbərliyi ilə Akademiyanın nümayəndə heyəti də forumda təmsil olunub.

Səfər çərçivəsində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikası Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.Memorandum məhkəmə-hüquq təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə elmi-tədris təşəbbüslərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031