azturkxeber.az
http://azturkxeber.az

Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib

18-05-2026

Mayın 18-də Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ölkəmizə səfərə gəlib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, İqor Sergeyenko BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) açılış mərasimində iştirak edəcək. Sonra onun Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədrini və onun rəhbərlik etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031