azturkxeber.az
http://azturkxeber.az

Astanada türkdilli ölkələrin şahmat çempionatına yekun vuruldu

18-05-2026



Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdə türkdilli ölkələr arasında kişi və qadın komandaların çempionatı eləcə də 16 yaşadək yeniyetmələrin olimpiadasının yekun nəticəsi açıqlanıb.

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçıları yarışı 2 qızıl və 1 bürünc medalla başa vurub.

Mükafatlandırma mərasimində həm də löhvələr üzrə yüksək nəticə göstərən şahmatçılar elan olunub. Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə, Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031