azturkxeber.az
http://azturkxeber.az

Heydər Əliyev İrsi və Zəfər Tariximiz Təqdimat Mərasimində

17-05-2026


Qərbi Azərbaycan İcmasında dəyərli ziyalı, həkim, yazıçı-publisist, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Heydər Əliyev irsi”, “Xarüqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimat mərasimində iştirak etdik.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı öz "Facebook " hesabında paylaşım edib.

Paylaşımda bildirib ki, tədbir Qərbi azərbaycanlı gənc rəssamlar Arzu Novruzova, Sevinc Əhmədova, eləcə də Azərbaycan Memarlar və Rəssamlar İttifaqlarının və UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyev əsərlərindən ibarət sərgi ilə başlayıb.

Sözügedən nəşrlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, Azərbaycanın Zəfər yolunun və milli yaddaşımızın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təqdimat zamanı çıxış edən ziyalılar və ictimaiyyət nümayəndələri müəllifin qələmə aldığı əsərlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verəcəyini xüsusi vurğuladılar.

Zərifə Quliyevanın ərsəyə gətirdiyi əsərlər milli düşüncəmizin, dövlətçilik ənənələrimizin və tarixi yaddaşımızın yaşadılması baxımından olduqca dəyərlidir.

Əziz və dəyərli Zərifə xanıma Uca Tanrıdan möhkəm can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031