azturkxeber.az
http://azturkxeber.az

29 aprel – 3 may tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində, ölkənin dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib

04-05-2026

Festival çərçivəsində Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azturkxeber.az xəbər verir ki, MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib.

Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsimizi “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib.

Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031