Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına yüksəlib
Azərbaycan cüdoçusu Balabəy Ağayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala yüksəlib.
Azturkxeber.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda ukraynalı Dilşot Kalmatovla qarşılaşıb. Rəqibini ipponla üstələyən cüdoçu növbəti raunda adlayıb. O, bu mərhələdə moldovalı Radu İzvoreanu ilə qarşılaşacaq.
1/4 finalda uduzan Turan Bayramov (66 kiloqram) isə təsəlliverici görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: