azturkxeber.az
http://azturkxeber.az

“ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” və “Uğur Sağlık Teknolojileri Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb

16-04-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC-si arasında Anlaşma Memorandumu imzalanıb.

Azturkxeber.az-a verilən məlumata görə, memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC-nin direktoru Yurdanur Murzoğlu imzalayıblar.

Tərəflər Memorandumda ASAN AI Hub platforması çərçivəsində süni intellekt əsaslı həllərin inkişafı, mobil sağlamlıq texnologiyalarının genişləndirilməsi, təlim, eləcə də sosial innovasiyalar istiqamətləri üzrə tədqiqat, səmərəli və davamlı əməkdaşlığın qurulmasını əsas məqsəd kimi müəyyən ediblər.

Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930