“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Bərdədə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib








Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov aprelin 16-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Cəlilabad, Tərtər, Ucar, Goranboy və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azturkxeber.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların müraciətləri əsasən 2026-ci ilin taxıl biçini mövsümündə kombaynla təmin edilmə, biçin zamanı növbəliliyin təşkili, subsidiyanın verilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov rayonun Köbər kəndində yerləşən Kobar Gardens MMC-yə məxsus intesiv gilas, nektarin, ərik, heyva və xurma bağlarına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, aqrar sahəyə dövlət dəstəyi tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: