"Zəfər Kuboku"nun ilk günündə medal



Aprelin 12-də Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.
Azturkxeber.az xəbər verir ki, U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.
Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kq-da Hüseyn Mustafazadə ikinci İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: