azturkxeber.az
http://azturkxeber.az

TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik

14-04-2026

TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik

Ölkələrimiz arasındakı münasibətləri yalnız qardaşlıq əsasında deyil, həm də birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik.

Azturkxeber.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabek “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə səsləndirib.

O bildirib ki, qadınların istehsalda, siyasətdə, incəsənətdə və ticarətin mərkəzində yer alması bir seçim deyil, zərurətdir. Türkiyə olaraq qadınların iqtisadi ekosistemə qatılmasını həm bir haqqın bərpası, həm də inkişafın zəruri şərti kimi görürük.

Atabek qeyd edib ki, digər mühüm məsələ isə strateji sənədlərdir. Bu istiqamətdə də əməkdaşlığa hazırıq. Qadınların gücləndirilməsi üzrə strateji sənəd və fəaliyyət planı çərçivəsində onların iqtisadi və maliyyə savadlılığının inkişafı üçün işlər görürük.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930