Qatarlara daş atılması halları artıb: ADY xəbərdarlıq edir

2026-cı ilin birinci rübündə ADY-nin sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılması qeydə alınıb.
Azturkxeber.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları tərəfindən yayılan məlumata görə, bu cür vandallıq halları ciddi təhlükələr yaradır. Belə ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatı risk altına düşür, qatarlara maddi ziyan dəyir, həmçinin maşinistlər qatarı təcili saxlamağa məcbur qalır və bu da hərəkət cədvəlində gecikmələrə səbəb olur.
Rəsmi açıqlamada vurğulanır ki, bu kimi qanunsuz və məsuliyyətsiz hərəkətləri törədən şəxslər müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunurlar.
Qeyd olunur ki, bu halları törədənlərin əksəriyyətinin azyaşlılar olduğu nəzərə alınaraq, valideynlərə uşaqları ilə maarifləndirici söhbətlər aparmaq tövsiyə edilir.
Bir daha xatırladılır ki, dövlət əmlakı hesab edilən qatarlara daş atılması cinayət əməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: