azturkxeber.az
http://azturkxeber.az

AQEM Qadınlar Şurasının yaradılması çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addımdır

14-04-2026

AQEM Qadınlar Şurasının yaradılması çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addımdır

AQEM Qadınlar Şurasının yaradılması təşəbbüsü çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və qadınların davamlı inkişafa nail olmaları üçün praktiki mexanizmlərin inkişafı baxımından mühüm addımdır. Çünki, bugün qadınların ölkələrimizin sosial-iqtisadi inkişafındakı rolu getdikcə daha da əhəmiyyətli olur.

Azturkxeber.az xəbər verir ki, bunu Qazaxıstan Məclisinin sosial və mədəni inkişaf komitəsinin katibi Nurgül Tau “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə deyib.

O vurğulayıb ki, qadınlar sahibkarlıq, təhsil, səhiyyə, mədəni və ictimai həyatda fəal iştirak edirlər. Onların töhfəsi insan kapitalının inkişafına, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə və yerli icmaların dayanıqlılığına birbaşa təsir göstərir.

“Məşğulluğun dəstəklənməsi, kiçik və orta biznesin inkişafı, təhsil və sosial xidmətlərə çıxışın genişləndirilməsi qadınların iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və ailələrin rifahının yüksəlməsinə töhfə verir. Həmçinin infrastrukturun inkişafı və gənclərin özünüreallaşdırması üçün imkanların yaradılması mühüm amillərdən biridir. Xüsusilə qadınların rəqəmsal transformasiyada iştirakının genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, innovativ təşəbbüslərdə qadın sahibkarlığının dəstəklənməsi də əhəmiyyətlidir. Qadınlar tez-tez kreativ sənayelər, sosial iqtisadiyyat və texnoloji həllər sahəsində layihələrin təşəbbüskarları olurlar. Bu cür təşəbbüslərin dəstəklənməsi iqtisadiyyatın şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rəqabətqabiliyyətli sahibkarlıq mühitinin inkişafına töhfə verir”, - deyə Nurgül Tau bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930