azturkxeber.az
http://azturkxeber.az

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır

13-04-2026

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır

ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində öz kursunu “çox ciddi” şəkildə yenidən nəzərdən keçirməyi planlaşdırır.

Azturkxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlar Rusiyaya qarşı müdafiə olunsunlar. Düşünürsünüzsə, biz Rusiyaya qarşı müdafiədə dayanırıq. Mən uzun müddətdir ki, bunun bir qədər gülünc olduğunu düşünürəm. Amma biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə nəzərdən keçiriləcək”, – deyə o vurğulayıb.

Ağ Ev rəhbəri İran ətrafındakı vəziyyət fonunda NATO müttəfiqlərinin mövqeyinə də toxunaraq bildirib: “Biz NATO üçün trilyonlarla dollar ödəyirik, lakin onlar bizi dəstəkləmədilər”.

ABŞ liderindən İranla bağlı qərarlarından narazı qaldığı NATO müttəfiqlərinə qarşı hər hansı tədbir görüb-görməyəcəyi soruşulduqda, o, suala birbaşa cavab verməkdən yayınıb. “Görəcəyik necə olacaq”, – deyə Tramp qeyd edib və əlavə edib: “Mən NATO-dan çox məyus oldum, onlar bizə kömək etmədilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930