azturkxeber.az
http://azturkxeber.az

Tanınmış jurnalist Elnur Hidayətoğlu TƏBİB-ə yeni mətbuat katibi təyin olundu

13-04-2026

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub.

Azturkxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib.

Paylaşımda bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətini başa vurduğunu açıqlayıb. Elnur Hidayətoğlu isə bu vaxta qədər bu departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Azturkxeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930