azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı olublar

13-04-2026

Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova Türkiyə Super Liqasının bürünc mükafatına layiq görülüblər. “Masa Der Spor Klubu” tərəfindən dəvət alan seçmə komandanın üzvləri, Ankara təmsilçisinin üçuncü yer tutmasında muhüm rol oynayıblar. Təcrübəli idmançılar "Masa Der Spor Klubu"nun son iki turun 9 qarşılaşmasından 7-də qazandığı qələbələrdə əsas pay sahibi olublar. Qeyd edək ki, 10 komandanın mübarizə apardığı yarışda çempion adını "Çukurova Universitesi" komandası qazanıb. İkinci yeri isə "Çorum Belediyyesi ASK" kollektivi tutub. Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışı idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930