azturkxeber.az
http://azturkxeber.az

Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

13-04-2026

Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ibtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930