azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlanıb

13-04-2026

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin Xidmətdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ibtidai istintaqla Rəşad Babayevin qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2025-cü illər ərzində ona etibar edilmiş külli miqdarda pul vəsaitini tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək öz əmək haqqı hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rəşad Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930