azturkxeber.az
http://azturkxeber.az

“Böyük Qayıdış mənzərələri” kitab-albomu təqdim olunur

13-04-2026

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirir.

Azturkxeber.az xəbər verir ki, "Böyük Qayıdış mənzərələri” adlı foto-albom Azərbaycan və ingilis dillərində hazırlanmışdır. Nəşrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin yeni yaşayış mühitinə reinteqrasiyası, həmçinin köçürülmənin aparıldığı bölgələrdə məskunlaşmış sakinlərin həyat hekayələri fotoşəkillər vasitəsilə təqdim olunmuşdur. Foto-albom 300 nüsxə tirajla çap edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930