azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt” adı ilə yayılan saxta mesajlara qarşı xəbərdarlıq

13-04-2026

Diqqət!

Son günlər bəzi vətəndaşlara “Azərpoçt” adından bağlama çatdırılması ilə bağlı saxta mesajlar göndərilir.

Azturkxeber.az-a xəbər verir ki, həmin mesajlarda istifadəçilərdən şübhəli linklərə daxil olmaları və ya şəxsi məlumatlarını təsdiqləmələri tələb olunur.

Bildiririk ki, bu cür mesajlar rəsmi deyil və dələduzluq məqsədi daşıyır.

Təhlükəsizliyiniz üçün aşağıdakılara diqqət yetirin:

Şübhəli linklərə daxil olmayın;

Naməlum nömrə və ya e-poçt ünvanlarından gələn mesajlara etibar etməyin;

Şəxsi və ya bank məlumatlarınızı heç kimlə paylaşmayın.

“Azərpoçt”la bağlı şübhəli mesaj və ya bildiriş aldığınız halda, məlumatı dərhal 169 Çağrı Mərkəzi və ya qurumun rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirməyiniz tövsiyə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930