azturkxeber.az
http://azturkxeber.az

Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi təşkil olunub

10-04-2026

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində təcrübə mübadiləsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı Bakı İstintaq Təcridxanasında qonaqlara müəssisə barədə ətraflı məlumat verilib, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, kitabxanasına və digər yerlərə baxış keçirilib.

Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzində də müəssisənin korpuslarına, tibb məntəqəsinə, yeməkxanasına və digər obyektlərinə baxış keçirilib.

Yekunda iki ölkənin qanunvericiliyinin və beynəlxalq aktların müddəalarının müqayisəsinə əsaslanan müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930