Slovakiya Ombudsmanı və nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub





Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyəti üçün “AnewZ” beynəlxalq televiziya kanalına infotur təşkil olunub.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qonaqlar kanalın fəaliyyəti və qlobal media məkanında hədəfləri barədə ətraflı məlumatlandırılıb, xəbər otağı, çəkiliş studiyaları və montaj məkanları ilə tanış olublar.
Sonda Slovakiya Ombudsmanı televiziya kanalına ölkəmizə səfərinin yekunları ilə bağlı müsahibə verib. Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: